“Təhsil Nazirliyi prioritetlərlə bağlı düzgün mövqe tutmayıb” – OSMAN GÜNDÜZ

11 İyul, 2019, 12:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Təhsil Nazilriyi bu günlərdə “İT sənayesinin tendensiyaları: təhsilə təsiri” mövzusunda bir tədbir keçirib. Mövzu diqqətimi çox çəlb etdi.
Baxıram ki dar bir çərçivədə, maraqlı tərəflərin iştirakı olmadan nəhəng trendlər müzakirəyə çıxarılıb. Nazirliyin əsas İT qurumu olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi əsas texnoloji tendensiyalar barədə məlumat verib. Süni intellektin tətbiqi, big data, əşyaların interneti, blokçeyn texnologiyasının tətbiqinin genişlənməsi, bulud texnologiyalarının inkişafı və s. bu kimi məslələrə geniş yer verib”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“Nə üçün Distant təhsil formasına icazə verilmir?”

O. Gündüzün fikrincə, Təhsil Nazirliyi prioritetlərlə bağlı, cari və strateji məsələlərin müəyyən edilməsi ilə bağlı düzgün mövqe tutmayıb: “Düşünürəm ki, hazırda ciddi müzakirəyə ehtiyacı olan, prioritet hesab oluna biləcək məsələlər daha çox aşağıdakılar ola bilər :

1. Bütün təhsil müəssislələrində anbarlarda yığılıb qalan, istifadəyə yararsız KÜR və s. modeldən olan kompüter və noutbukların taleyi necə olmalıdır?
2. Gələn il üçün məktəblərə İKT servis işini necə təşkil etməli ?
3. Ümumtəhsil müəssisələrində “hər şagirdə düşən kompüterlərin sayı” göstəricisinə görə vəziyyət pisliyə görə dəyişir. Çünki köhnə park sıradan çıxır və yeniləri də çox az verilir. Nazirlik bununla bağlı həyəcan siqnalı verməli və resurslar axtarmalıdır.
4. Nazirlik tərəfindən müxtəlif ölkələrin yardımı ilə məktəblərə verilən noutbuklara görə regional idarələr nə üçün ödəniş etməlidir?
5. Bütün hüquqi –normativ baza hazır olmasına, bəzi Universietlərdə ( UNEC və s.) tam şərait olmasına baxmayaarq nə üçün Distant təhsil formasına icazə verilmir ?
6. İKT-nin tətbiqi ilə təhsilin keyfiyyətində ciddi dəyişikliklərə nail ola bilmişikmi ?
7. Təhsildə İKT-nin tətbiqi ilə bağlı 2012-ci ildən bəri tilsimə düşən Dövlət Proqramını qəbul etmək üçün biz hansı addımları atmalıyıq .
8. “İnformatika yoxsa Kimya” problemi nə zaman öz həllini tapacaq?

Bir daha xatırlatmaq istərdim ki Təhsil Nazirliyinin müzakirə etdiyi blokçeyn və ya süni intellekt mövzusu faydalıdır. Amma yuxarıdakılar həll olmadan müzakirə olunan məsələnin yetərli fayda verəcəyini düşünmürəm”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93