Təhsilimiz ƏVVƏL və İNDİ

29 Sentyabr, 2019, 17:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Əvvəl dərsdə öyrənir, dərsdən sonra əylənirdilər. İndi dərsdə əylənir, dərsdən sonra öyrənirlər.
Əvvəl dərslikləri elə yazırdılar ki, şagird başa düşsün. İndi elə yazırlar ki, başa düşməsin.
Əvvəl yazılan qiymət hamıya aydın idi. İndi heç kimə aydın deyil.
Əvvəl az kitabda çox mətləb vardı. İndi çox kitabda az mətləb var.
Əvvəl dərsə cavab vermək tələb olunurdu. İndi xahiş olunur.
Əvvəl müəllim gördüyü maraqlı yerlərdən danışar, uşaqlar qulaq asardılar. İndi uşaqlar danışırlar, müəllim qulaq asır.
Əvvəl ildə müəllimlər imtahan edirdilər. İndi müəllimləri ildə imtahan edirlər.
Əvvəl hamı müəllimdən çəkinərdi. İndi müəllim hamıdan çəkinir.
Əvvəl müəllimlər hərdən mirzəllik də edərdilər. İndi yalnız mirzəllik edirlər.
Əvvəl müəllimlər peşə bayramlarında təbrik edilərdilər. İndi təhqir edilirlər.
Əvvəl bazarda müəllim piştaxtanın önündə, keçmiş şagirdi arxasında olardı. İndi müəllim piştaxtanın arxasında, keçmiş şagirdi önündə olur.

Əvvəl MÜƏLLİM əvvəl idi. İndi ŞAGİRD əvvəldir…

ŞAGİRDYÖNÜMLÜ KURİKULUMUM MƏNİM!

Müəllif: Təhminə Əsgərli

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93