Telefonu başının altına qoyub yatdı – öldü

30 Sentyabr, 2019, 20:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hadisə sentyabrın 28-nə keçən gecə baş verib. Smartfonun markası barədə məlumat verilmir. Polisə qızın öldüyünü onun valideynləri bildiriblər.

Qazaxıstanın Almatı vilayətinin Bestoba kəndində 14 yaşlı qız ölüb.

Hurriyyet.org RİA-Novosti-yə istinadən bildirir ki, qız telefonunu enerji yığması üçün cərəyana qoşub, yastığının altına qoyaraq, yuxulayıb.

"Uşağın bədənində zorakı ölüm əlamətləri yoxdur. Təxmin edilir ki, o, elektrik cərəyanı vurması nəticəsində ölüb", – yerli hüquq-mühafizə orqanlarından verilən məlumatda deyilir.

Hadisə sentyabrın 28-nə keçən gecə baş verib. Smartfonun markası barədə məlumat verilmir. Polisə qızın öldüyünü onun valideynləri bildiriblər.

Olay bədbəxt hadisə kimi dəyərləndirilib. Təfərrüatları müəyyənləşdirmək üçün istintaq təyin olunub. (sputnik.az)


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93