Temperatur enəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ

21 May, 2020, 16:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında mayın 23-ü gündüzdən 25-dək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, mayın 23-də ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.

Havanın temperaturu mayın 24-də ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93