Tərtərdə düşmən təxribatı: Kəndə mərmi atıldı – FOTO

2
Tərtər rayonunun Qapanlı kəndinə erməni silahlı birləşmələri tərəfindən 60 mm-lik minaatan mərmisi atılıb.
Hurriyyet.org xəbər verir ki, bu barədə azvision.az -a Tərtərin Qarağacı kənd icra nümayəndəsi Lətif Həmidov məlumat verib. Onun sözlərinə görə, hadisə təxminən saat 11:00 radələrində baş verib.
“Düşmən tərəfi taxıl daşıyan “ZİL” markalı yük avtomobili kəndə yaxınlaşan zaman mərmi atıb. Mərmi 15 metr kənara düşüb. Şükürlər olsun ki, salamatçılıqdır, itki olmayıb”.

L.Həmidov, həmçinin bildirib ki, hazırda kənddə təsərrüfat işləri dayanıb: “İnsanlar arasında təşviş yaşandı. Hərbçilər ərazidədirlər”.