Tərtərin icra başçısı danışdı: “Binanın rənglənən və hörülən hissəsi…”

23 May, 2020, 14:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Sözügedən Peşə Liseyinin pəncərələrinin mənim göstərişimlə hörülməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Hurriyyet.org xəbər verir ki, bu barədə oxu.az-a Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov açıqlama verib.

O bildirib ki, 96 saylı Tərtər Peşə Liseyi uzun müddətdir ki, tam istifadəyə yararsız vəziyyətdədir:

“Tərtər Peşə Liseyinin binasında 1993-ci ildən 2018-ci ilə qədər Kəlbəcərdən, Laçından, Ağdamdan olan məcburi köçkünlər yaşayıb. 2018-ci ildə ölkə başçısının tapşırığı ilə Tərtər rayonu, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün 1176 ailəlik qəsəbə salınıb.

Peşə Liseyində yaşayan məcburi köçkünlər həmin qəsəbəyə köçürülüb. Peşə Liseyinin binası isə Təhsil Nazirliyinin balansına verilib.

Binanın rənglənən və hörülən hissəsi isə sanitar qovşaqların yerləşdiyi pəncərələrdir. Həmin binada bu gün heç bir yaşayış yoxdur, bina tam yararsız vəziyyətdədir. Binada 27 il məcburi köçkünlər yaşayıb və hazırda əsaslı təmir-bərpa işlərinə ehtiyac var.

Bütün bu işlər şəhərdə ictimai yaşayış binalarının təmir-bərpa işləri aparılarkən həyata keçirilib. Məqsəd köhnə görünüşlü binanın şəhərdə xoş olmayan görüntüsünün qarşısını almaqdır. Bəzi saytlarda bunun icra başçısının qərarı ilə həyata keçirildiyi yazılıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu istiqamətdə mənim heç bir göstərişim olmayıb”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93