Teymur Rəcəbov Milllətlər kubokunda yenə məğlub oldu

8 May, 2020, 18:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

FİDE-nin təşkil etdiyi onlayn şahmat üzrə Millətlər kubokunda 4-cü oyun gününə start verilib.

Hurriyyet.org-un məlumatına görə, 180 min dollar mükafat fondu olan turnirdə VII turun oyunları keçirilir.

Günün ilk oyunlarında ABŞ – Rusiya, Hindistan – Dünya və Çin – Avropa cütləri üz-üzə gəlir. Azərbaycan millisinin qrossmeysteri Teymur Rəcəbov da turnirdə 7-ci matçına çıxıb.

Dünya yığmasında çıxış edən təmsilçimiz Vişvanatan Anandla görüşüb. Qara fiqurlarla oynayan Teymur bu dəfə də məğlubiyyətə üzülüb.

Qeyd edək ki, Rəcəbov əvvəlki 6 turda  4-ü heç-heçəyə nail olub və 2 dəfə uduzub. Onun komandasının hesabında hələlik 2 xalı var. /apasport.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93