Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi – FƏRMAN

1 İyun, 2020, 16:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.

Hurriyyet.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin siyahısı artırılıb.

Belə ki, bundan sonra yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.

Eyni zamanda insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1 400 kvadratmetrdən, tikinti sahəsi 1 000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.

Qeyd edək ki, aşırım yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafədir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93