Salam, xoş gəlmisiniz.

Torpaqları qaytarmaq üçün oradan gələn bir zəng kifayətdir - Rusiyadan SENSASİON AÇIQLAMA

2019-07-16 10:45:34

Torpaqları qaytarmaq üçün oradan gələn bir zəng kifayətdir - Rusiyadan SENSASİON AÇIQLAMA

Ukraynanın cənub-şərqində yerləşən Donbas bölgəsindəki qarşıdurma bir telefonla başa çata bilər.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Parlamenti Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib.

Parlamentari feysbuk hesabından bildirib ki, Avropa İttifaqından gələn bir zəng Ukraynanı digər tərəflə dialoq qurmağa itələyəcək: “Ancaq bunun yerinə Avroap ölkələri Rusiyaya sanksiya tətbiq edir. Çünki bu, daha rahatdır”.

Avropa İttifaqının Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması (INF) ilə bağlı durumda da eyni taktikanı istifadə etdiyini deyən Kosaçev qeyd edib ki, INF yaxında qüvvədən düşəcək və buna görə Rusiyanı günahlandıracaqlar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında Donbas torpaqları üzərində münaqişə 2014-cü ildən bəri davam edir.

Xatırladaq ki, INF ABŞ prezidenti Ronald Reyqanla SSRİ rəhbəri Mixail Qorbaçov arasında 1987-ci ildə imzalanıb. Müqavilə çərçivəsində kiçik və ortamənzilli nüvə raketlərinin istifadəsi və istehsalı qadağan edilir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru