Tovuzda nəvə nənəsinin qızıllarını oğurladı

8 İyul, 2019, 9:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İyulun 4-də Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Hurriyyet.orga verilən məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N. Paşayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93