Toysuz evinə gəlin gətirdi, polisə çağırıldı – Foto

6

Qaradağ rayonunun Ələt qəsəbə nümayəndəliyinə ötən gün Ələt qəsəbə sakini Ayaz Həsən oğlu Rzayevin oğluna toy məclisi keçirilmədən evinə gəlin gətirilməsini planlaşdırdığı məlumatı daxil olub.

Daxil olan məlumat nəzarətə götürülüb və Rzayevlər ailəsi ilə müvafiq söhbətlər aparılıb.

Həmin ünvan gün ərzində müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılıb və müəyyən edilib ki, həqiqətən heç bir geniş tərkibli və musiqili məclis təşkil olunmayıb.

Lakin gecə saatlarında 10 nəfərdən artıq toplaşma olduğu üçün Nazirlər Kabinetinin müvafiq qərarına əsasən polis əməkdaşları tərəfindən 13 nəfər polis bölməsinə aparılaraq qanunamüvafiq qaydada protokol yazılıb və onlar cərimələniblər. \\Axar