Tramp 500 min amerikalının öləcəyi haqda hesabatı niyə ciddiyə almayıb? – Pentaqon artıq koronavirusla Çin və Avropanı diz üstə gətirməkdədir – ARAŞDIRMA

13 Aprel, 2020, 11:04
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Nə qədər uzun olduğunu bilmirəm, ancaq uzun müddətdir yazıram. Artıq həm daxildə, həm də xaricdə bunu dilə gətirən insanların sayı da artıb. Başımıza bəla olan koronavirusun və ya başqa bir ünsürün səbəbi yerli deyil, zirvədə, ən zirvədə olub bir-biriylə hesablaşanların toqquşmasıdır. Bunu bəzən İraqa, Əfqanıstana müdaxilə, bəzən İŞİD, bəzən hava limanlarına basqın, bəzən iqtisadi əməliyyatlar, bəzən də sui-qəsdlər olaraq gördük.

Bu böyük mübarizə koronavirus infeksiyasının hakim olduğu mövcud mühitdə belə, Ağ Evin içində müəyyən bir şəkildə hələ də davam etməkdədir. Hətta Ağ Evdə mübarizənin daha da böyüdüyünü söyləmək mümkündür.

Ağ Evin Ticarət müşaviri Peter Navarro yanvar və fevral aylarında çox önəmli hesabat hazırlamışdı. O, koronavirusun ABŞ-a təsirinin çox olacağı və Ağ Evin ləng davrandığı ilə bağlı hesabatını Trampa təqdim etmişdi. 500 min amerikalının ölə biləcəyini, ən azı, 6 trilyon dollarlıq iqtisadi çöküşün yaşanacağını, 40 milyon adamın işsiz qalacağını, yüz minlərlə şirkətin batacağını detallı şəkildə anlatmışdı.

Ancaq Tramp öncə bu hesabatı ciddiyə almadı. Nə üçün? Çünki Pentaqon da başqa bir hesabat vermişdi. Və Pentaqonun verdiyi hesabatda bəzi şirkətlərin zərər görməsi, bu səbəblə, iqtisadiyyatın sarsılması istənilirdi.

Pentaqon iqtisadi xarakterli bir addımla önə çıxmaq istəyirdiÇünki ABŞ-dakı şirkətlərin böyük əksəriyyəti Pentaqona qarşı idiABŞ-ın dərinliklərindən gələn tələblə iqtisadiyyatın çökməsi, bəzi zənginlərin neytrallaşdırılması düşünülürdü. Navarro da “dərin Amerika”ya yaxın bir şəxsdir. Ancaq sistemi hərbçilərin idarə etməsinə qarşı çıxan biridir.

Məsələni bir az da açaq. Navarro, Trampı Ağ Evə çıxaran adam kimi tanınan Stiv Bennonla bəzi vaxtlarda qarşı-qarşıya gəlsə də, eyni düşüncədədir. Navarro Almaniya, Çin və Yaponiyanın tam nəzarət altına alınmasını istəyirdi. Bu yöndəki həmlələri çox qarşılıq görməsə də, indi “dərin Amerika” Navarronun tələblərinə dəstək verir. II Dünya Müharibəsindən sonra Yaponiyanı modern kölə halına gətirən ABŞ indi də bunu Çin və Almaniya ilə davam etdirmək istəyir.

Bu, dünyaya nəzarət etmək üçün şərtdirNavarro Avropanın da bütövlükdə ABŞ-dan asılı olmasını istəyir. Bu da sirr deyil. Bu səbəbdən Avopa Birliyinin (AB) ən qısa zamanda dağılması fikrini müdafiə edir. Ayrıca, Çinin istehsal bazası olmasına görə də narahatdırMeksika bu iş üçün hazırdır. Navarro ABŞ sərhəddinə çox yaxın olan istehsal bazasının iqtisadiyyatı daha da canlandıracağını söyləyir. Yəni, neçə vaxtdır yazdığım kimi, “dərin Amerika” Çin, Yaponiya, Almaniya və Avropanı cilovlayıb iqtisadi baxımdan nəzarət altına almaq və yola yeganə hakim güc olaraq davam etmək niyyətindədir.

Navarronun bu sözlərinə qarşı çıxanlar da vardır. Böyük Amerikanın Londondan idarə edilməsini istəyən bu güc Navarronu küncə sıxışdırmaq, keçmiş sirrlərini ortaya çıxarmaq istəyir. Əslində, Navarro cəsarətli bir adamdır. Hücuma məruz qalacağını bilərək, Ağ Evdə müşavirliyi qəbul etdi.

ABŞ daxilində gedən mübarizənin nəticəsi, əslində, bütün dünyanı şəkilləndirəcək. Bu, dəqiqdir. Ancaq burada yeganə şanssız olan ölkə Çin olacaq. Çünki hazırda ABŞ-da təsirli olan güc Çinə trilyonlarla dollar təzminat kəsilməsini istəyir. Təbii, burada öncəlikli hədəf Çini qorxutmaqdır. Çinin qorxudulduğu anda Pekin administrasiyasının nəzarət altına alınması heç də çətin olmayacaq. Çinin yola gətirildiyi anda da Avropa ölkələrinin ovuc içinə alınması heç də çətin olmayacaq.

Dünya yeni tarazlıq vəziyyətini axtararkən, bu qədər böyük və qorxunc günlərin yaşanacağını kim təxmin edə bilərdi? Bu gün etibarilə hər bir ölkə özünü düşünməyə məcburdur. Ancaq ABŞ hər bir ölkə, Rusiya, İran, Türkiyə, hətta Qana haqqında da düşünür. Bunu da supergüc olma tələb edir. Çünki Pentaqon üçün hər il hazırlanan hesabatlarda 198 ölkənin həmin ildə atdığı addımlar və gələcəklə bağlı atacağı addımlar dəyərləndirilir. ABŞ-ın planlarına mane ola biləcək hansı ölkələr varsa, həmin ölkələr siyahıda önə çıxarılır. Vaşinqton da həmin ölkə ilə əlaqədar planların təftiş edilməsini sürətləndirər.

Qarşıdakı günlərdə ABŞ-ın öncəlikli hədəfi Fransa olacaqÇünki Avropada ABŞ-ın qarşısında duran ən güclü ölkə Fransadır. ABŞ-ın Almaniya ilə bir problemi yoxdur. Olan problemlər də daxildə həll edilə biləcək xarakterdədir.

Deutsche Bank Donald Trampa verdiyi bir neçə milyardlıq krediti geri çəkdi. Bu pulun qısa müddətdə ödənməsini istədi. Tramp da, Pentaqon da bilir ki, Deutsche Bank bunu Berlin hökumətinin istəyilə etməyib. Deutsche Bank”ın sahibi olan ailələr ABŞ-la münaqişə halındadırlar. Tramp da bu savaşda Vaşinqtonun tərəfində olduğu üçün anlaşma pozulub.

Xatırlayırsınızsa, 2019-cu ilin noyabrında ABŞ Prezidenti Trampa kredit verən şəxs kimi tanınan Tomas Bauers Malibudakı evində ölü olaraq tapılmışdı. 35 illik həyat yoldaşı Abiqeyl də 2017-ci ildə naməlum səbəbdən ölmüşdü…

Bütün bunlara rəğmən, Vaşinqton Deutsche Bank-ı öncəlikli hədəf olaraq görmür. Çünki Deutsche Bank-ın Vaşinqtona zərər verməsi çox çətindir. Hər halda, bankın Trampı ciddi şəkildə hədəfə alması, bəlkə də, üzərində bir az düşünməyi tələb edir.

Hər bir ölkə özünü düşünərkən, şirkətlər də özlərini düşünməyə məcbur olublar. Böyük bir sıxıntının yaşandığı həqiqətdir. Bəzi “şirkət evlilikləri” görəcəyik. Bunu elitar ailələr istəyib. Ancaq bunun sağlam bir qurtuluş resepti olub-olmadığı bəlli deyil.

198 ölkədə ABŞ daxilində gedən mübarizənin əks olunmalarını görməkdəyik. “Dərin Amerika” və ailələr qarşılıqlı olaraq əllərindən gələni etməkdədirlər. Yeni dünyanın şifrləri yenə ABŞ-da olacaq. Kim qalib gələcəksə, kodlamanı da o edəcək.

QeydTomas Bauersin evində öldürülən həyat yoldaşı Abiqeyl Robinson Bauers haqqında daha öncə də yazmışdım. O zaman da Tramp Suriya məsələsiylə bağlı Pentaqonla qarşı-qarşıya gəlmişdi. O, amerikan hərbçilərinin Suriyada qalmasını istəmirdi. Bununla əlaqədar ard-arda açıqlamalar verirdi. Yəni, Abiqeyl Robinson Bauersin ölümü Prezident Trampa verilən ən səssiz mesaj idi. ABŞ daxilində gedən mübarizə Ağ Evdə də aydın formada görünməkdə idi. Sonra Tramp Pentaqonun yanına keçdi. “Dərin Amerika” ilə birlikdə irəliləməyə başladı.

İndi qarşılarında pulu əlində tutan ailələr dayanır. Savaşın bir ayağı Londondur. Orada da pula yaxın olan şahzadə Çarlz və Baş nazir Boris Conson koronavirusa yoluxub…

Ərgün Dilər

“Takvim”, Türkiyə, 11 aprel 2020-ci il

Tərcümə Strateq.az-ındır


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93