Tramp keçmiş müşavirini azadlığa buraxdı

0

Hurriyyet.org xəbər verir ki, Konqresə yalan danışmaq və ədalətə əngəl olmaq ittihamları ilə 3 il 4 ay həbs cəzası almış Rocer Stoun azadlığa buraxılıb.

ABŞ prezidenti Donald Tramp 2016-cı ildəki seçki kampaniyası dövründə onun müşaviri olmuş Rocer Stounu xüsusi olaraq əvf edib.

Ağ Evin mətbuat katibi Keyli Makenani deyib: “Prezident D.Tramp bu gün Rocer Stouna verilən haqsız cəzanın tüngülləşdirilməsi ilə bağlı Xüsusi Amnistiya Qərarını imzalayıb. Stoun solçular və onların mediadakı müttəfiqlərinin Trampın prezidentliyini baltalamaq üçün illərlə hazırladıqları Rusiya tələsinin qurbanıdır”.

Makenani Trampın seçki kampaniyası ilə Rusiya arasında heç bir vaxt razılaşma olmadığını vurğulayıb, Rocer Stounun keçmiş ABŞ prezidenti Ronald Reyqan da daxil olmaqla, artıq 50 il müddətində Respublikaçılar partiyasının rəhbər şəxslərinin müşaviri olduğunu xatırladıb və deyib: “Ortada heç bir dəlil olmadığından Stoun da Rusiya istintaqı çərçivəsində cəzalandırılmadı. Bunun əvəzinə Stounu istintaaq dövtündəki addımlarına görə cəzalandırdılar. Lakin adi həqiqət budur ki, əgər ortada tamamilə əsassız olan istintaq vardırsa, Stouna da həbs cəzası verilə bilməz”.

O, həbsxanada 67 yaşlı Stounun səhhətinin təhdid altında qalacağını da əlavə edib.

Hurriyyet.org