Tramp yazısını pozmağa məcbur oldu

29 İyun, 2020, 13:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın sosial media hesabındakı paylaşmasının məzmununda irqçi ifadələr olması cəmiyyətdə sərt etirazla qarşılanıb.

ABŞ prezidenti D.Trampın paylaşdığı videoda tərəfdarlarından biri “Ağların gücü!” (White Power) deyə qışqırır. Video prezidenti dəstəkləyənlərin Floridadakı qocalar evində keçirilmiş mitinqində çəkilmişdi. Mitinq zamanı prezidentin tərəfdarları ilə əleyhdarları qarşılıqlı etirazlarla çıxış ediblər. Videoda Trampın tərəfdarının yumruğunu yuxarı qaldıraraq “Ağların gücü!” deyə qışqıdrdığı aydın görünür. Bu şüar ABŞ-da geniş tənqid edilən ağ irqin üstünlüyü ideologiyasını əks etdirir.

“Tvitter”dəki paylaşmasında Tramp qocalar evində yaşayan “gözəl insanlara” təşəkkürünü bildirərək yazmışdı: “Radikal sollar heç nə edə bilməzlər. Demokratlar payızda məğlub olacaqlar. Korrupsiyalaşmış Co (Bayden) uduzdu. Hələlik!!!”

Amerika Senatındakı yeganə qaradərili respublikaçı Tim Skott CNN kanalına müsahibəsində videonu təhqiredici adlandırıb və prezidenti öz paylaşmasını silməyə çağırıb.

Qısa müddət sonra Trampın  qalmaqallı paylaşması silinib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93