Tramp “yox edin” demişdi… – Pentaqondan təhdid kimi açıqlama

20 May, 2020, 13:24
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi dünənki açıqlamasında beynəlxalq sularda ABŞ gəmilərinə 100 metr məsafədən artıq yaxınlaşan gəmilərin “təhdid” hesab ediləcəyini və onlara qarşı müdafiə tədbirlərinin görülə biləcəyini bəyan edib.

Bu qərarın dünya sularında ABŞ gəmiləri ilə Çin və İran gəmiləri ilə arasındakı insidentlərlə əlaqədar verildiyi güman edilir.

Mətbuatda dərc edilən şərhlərə görə, qərarın qəbul edilməsinə aprel ayında ABŞ prezidenti Donald Trampın ABŞ hərbi gəmilərini yaxın məsafədən təqib edən İran gəmilərini vurmaq əmrini verməsi səbəb olub. O zaman Bəsrə körfəzində təlim keçən ABŞ hərbi gəmiləri İranın İnqilab Keşikçilərinə məxsus silahlı patrul gəmiləri tərəfindən təqib edilmişdi.

2018-ci ildə isə Cənubi Çin dənizində Çinin “Luyang” hərbi gəmisi ABŞ donanmasının Çinin sahil sularına daxil olmaqda ittiham edilən “USS Decatur” hərbi gəmisinin 45 metr yaxınlığından keçmişdi.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93