TRAMP ALMANİYANI TƏHDİD ETDİ

13 İyun, 2019, 13:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın təbii qazını Baltik dənizinin altından Almaniyaya nəql edəcək “Şimal Axını 2“ təbii qaz boru xətti ilə bağlı sanksiya tətbiq eləmək məsələsinin gündəmdə olduğunu söyləyib. ABŞ-ın enerji naziri rik Perri də “Şimal Axını 2” layihəsində iştirak edən şirkətlərə qarşı sanksiya layihəsinin Konqresə çıxarıla biləcəyini bildirmişdi.

Ağ Evdə Polşa prezidenti Ancey Duda ilə birlikdə jurnalistlərə açıqlama verən D.Tramp deyib: “Almaniyanı Rusiyadan qoruyuruq. Rusiya Almaniyadan milyardlarla dollar alır”.

“Şimal Axını 2“ xətti üçün Rusiyanın “Qazprom” şirkəti ilə Almaniyanın BASF və E.ON şirkətləri müqavilə imzalayıblar. Layihəyə daha sonra Hollandiyanın “N.V. Nederlandse Gasunie” və Fransanın “GDF Suez” şirkətləri qoşulub, boru xəttinin mühəndislik işlərini isə İtaliyanın “Saipem” şirkəti üzərinə götürmüşdü.

Baltik dənizinin altından Rusiyada Almaniyaya təbii qaz nəqlini tmin edəcək 1.225 km uzunluğundakı Şimal Axını 2 boru xətti layihəsi mövcud Şimalı Axını boru xəttinin həcmini ikiqat arıtracaq. Avropa İttifaqı layihə məsələsində iki cəbhəyə ayrılıb.

Şərqi Avropa, Skandinaviya və Baltik dənizi ölkələri boru xəttinin Moskvanın Avropa üzərində iqtisadi nəzarəti artırdığınü zənn edir. Lakin Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyadakı bir çox siyasətçilər və enerji şirkətləri kömürdən və nüvə enerjisindən uzaqlaşmaq istəyən Almaniyanın daima təbii qaz tədarükünə ehtiyac duymasına görə, layihəni dəstəkləyirlər.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93