Salam, xoş gəlmisiniz.

TRAMPI QORXUDA SAXLAYAN TƏHQİQAT HAÇAN BİTƏCƏK? – Vəkilləri Ağ ev rəhbərinə təzyiqlərin azalacağını gözləyir - TƏHLİL

2017-12-30 10:29:13

TRAMPI QORXUDA SAXLAYAN TƏHQİQAT HAÇAN BİTƏCƏK? – Vəkilləri Ağ ev rəhbərinə təzyiqlərin azalacağını gözləyir - TƏHLİL

İqor Subbotin

“Nezavisimaya qazeta”, Rusiya

Amerika prezidenti Donald Trampın hüquqşünaslar komandası hesab edir ki, xüsusi prokuror Robert Müllerin rəhbərliyi altında aparılan, Ağ evin 45-ci rəhbərinin tərəfdarları ilə Rusiya arasında ehtimal edilən gizli iş birliyinin ortaya çıxarılmasına hədəflənən “Rusiya təhqiqatı” yanvarın sonunda artıq başa çatacaq.

Vəkillərin istəkləri haqqında “Wall Street Journal” məlumat verir. Ancaq burası da var ki, əgər bu iş bağlanacaqsa da, hələlik digər təhqiqatların finalını gözləməyə dəyməz.

Prezidentin müdafiəçilərindən biri olan Cey Sekulov nəşrə bildirib ki, “Bizim hamımız, hüquqşünaslar bu işin tezliklə başa çatmasını gözləyirik”. Konkret müddətlər haqqında isə o, heç nə deməyib.

“Wall Street Journal” qeyd edir ki, əvvəllər Ağ ev rəhbərinin hüquqçuları əmin idilər ki, “Rusiya təhqiqatı” 2017-ci ilin sonunadək başa çatacaq. İndi isə, vəkillərin hesabına görə, təhqiqat və ya onun Trampı və silahdaşlarını təhdid edən hissəsi 2018-ci ilin yanvar ayının sonunadək başa çata bilər.

Ancaq nəşrin fikrini öyrəndiyi yurisprudensiya sahəsindəki ekspertlər inanmırlar ki, “Rusiya işi” tezliklə başa çatacaq.

Onların fikrincə, bunun üçün tutarlı səbəblər vardır. Misal üçün, bunlardan biri prezidentin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Maykl Flinin öz günahını etiraf etməsidir.

Nyu-York Universitetinin professoru Stiven Qillers hesab edir ki, “Flin istintaqla əməkdaşlıq edir və bu əməkdaşlıq, ehtimal ki, təhqiqatı digər şəxslərə və hədəflərə çıxaracaq. Əgər bu, 2018-ci ilin sonuna yekunlaşacaqsa, mən təəccüblənəcəm”.

Tramp Müllerin özünü qabaqcadan hasil olan yanlış qənaətə əsaslanmaqda şübhəli hesab edir.

“Washington Post” qəzetinin qeyd etdiyi kimi, Respublikaçılar partiyasını təmsil edən və əvvəllər prokuroru xüsusi qanun layihəsilə işdən uzaqlaşdırmadan müdafiə etmək istəyən senatorlar işin başa çatdırılmasına tələsmirlər.

Qəzet qeyd edir ki, “Xüsusi prokurorun azad edilməsi haqqında fərmana yenidən baxmaq üçün federal hakimlərə imkan verən təşəbbüs Müllerin, Rusiyanın 2016-cı ildə seçki kampaniyası dövründə prezident seçkilərinə müdaxiləsi haqqındakı öz təhqiqatını başa çatdıranadək istefasının qarşısını almaq məqsədilə düşünülüb”.

“Washington Post” təsdiq edir ki, Ağ ev başçısının Müllerin təhqiqatı ilə əlaqədar olaraq narazılıq əlamətləri nümayiş etdirməsinə baxmayaraq, respublikaçılar bu qanun layihəsilə sonadək getmək qərarlığını itirirlər.İstisna edilmir ki, Ağ ev başçısının, əgər istintaq ona çox yaxınlaşarsa, Mülleri işdən azad etmək niyyəti vardır.

CNN televiziya kanalının yaydığı rəy sorğusuna görə, amerikalıların təxminən yarısı Müllerin apardığı təhqiqatın gedişindən razıdırlar.

Sosioloji tədqiqat məlumatlarına əsasən, rəyi soruşulanların 47%-i təhqiqatın gedişindən razıdır. Bununla belə, respondentlərin 34%-ə yaxını təhqiqata skeptik yanaşır. Partiya mənsubiyyəti olanlar arasında təhqiqatın gedişi ilə razı olanlar 63% təşkil edir. Respublikaçılar partiyasının tərəfdarları arasında“Rusiya işi”nin məqsədəuyğunluğuna əmin olanlar 31%-dir. Bu halda, respondentlərin 56%-i CNN-ə bildirib ki, təhqiqatın xarakterinin siyasiləşdirilməsi və onun aparılması üçün əsasların olmaması haqqında dəfələrlə danışan Amerika liderinin sözlərinə etibar etmirlər.

Rəyi soruşulanların 35%-i isə Trampın “Rusiya təhqiqatı” ilə bağlı dediklərinə görə, onun hüquq-mühafizə orqanları əməkdaşlarının qabaqcadan hasil olan yanlış qənaətləri haqqında verdiyi bəyənatlarını doğru hesab edərək, məmnunluq ifadə ediblər.

Xatırladaq ki, Kremlin ayağına yazılan 2016-cı ilin prezident seçkilərinə müdaxilə işi ilə Federal Təhqiqatlar Bürosu (FTB), həmçinin Konqresin hər iki palatasının kəşfiyyat üzrə xüsusi komitələri məşğul olur. Müllerə məsələlərin geniş spektri üzrə ayrıca müstəqil təhqiqat aparmaq səlahiyyəti verilib. Onun apardığı işin nəticəsində Trampın seçkiqabağı qərargahının keçmiş başçısı Pol Manaforta, həmçinin biznesmen Rik Qeytsə (işdə adı Pol Manafortla, demək olar ki, eyni epizodlar üzrə keçir) ittiham elan edilib. Əvvəllər verilən məlumata görə, seçkiqabağı kampaniya dövründə Trampın xarici siyasət müşavirləri komandasının üzvlərindən biri olan Corc Papadopulos, FTB əməkdaşlarına yalan ifadə verməyə görə öz günahını etiraf edib.

Əgər hesab etsək də ki, Trampın komandasında “Kreml agentləri” axtarışı bir müddətdən sonra başa çatacaq, ABŞ hakimiyyətinin, 2016-cı ilin kiberhücumlarında, guya, Rusiya rəhbərliyinin əlinin olması haqqındakı şübhələrindən tezliklə imtina edəcəyi haqqında danışmaq olmaz.

“Rusiya təhqiqatı”, öz miqyasına görə misilsiz olan “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə əks-təsir etmə haqında” 3364 № li qanunun qəbul edilməsinə səbəb olub. Bu qanun Konqresin hər iki palatası tərəfindən qəbul edilib və istəməsə də, ABŞ prezidenti tərəfindən imzalanıb.

2018-ci ilin fevralında aydın olmalıdı ki, Rusiyanın siyasi və biznes elitasından kimlər bu aktın təsiri altına düşəcəkdir.

Tərcümə Strateq.az-ındır

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93