Salam, xoş gəlmisiniz.

Trampın köməkçisi Qriqoryan ilə Qarabağı MÜZAKİRƏ ETDİ

2019-05-16 21:35:05

Trampın köməkçisi Qriqoryan ilə Qarabağı MÜZAKİRƏ ETDİ

ABŞ Prezidenti Donald Trampın xüsusi işlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının baş direktoru, Rusiya məsələləri və Avrasiya Şurasının milli təhlükəsizliyi üzrə direktoru Fiona Hill Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Məlumatı Ermənistanın Təhlükəsizlik Şurası yayıb.

Vaşinqtonda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunub. Tərəflər münaqişənin dinc yolla həllinin vacibliyini vurğulayıblar.

Görüşdə ABŞ-ın Ermənistana sərmayə və maliyyə dəstəyi göstərməsi məsələsi də müzakirə edilib.

Qeyd edək ki, ABŞ-ın Yerevandakı səfiri Linn Treysi Ermənistanın baş naziri Nikol Paşinyanın anti-Amerika bəyanatlarından narazı qaldığını bildirmişdi. L.Treysi ABŞ-ın son 28 ildə Ermənistana 2 milyard dollara yaxın sərmayə qoyduğunu qeyd etmişdi. \\Teleqraf.com

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93