Salam, xoş gəlmisiniz.

Trampın kürəkənindən fələstinlilərə təhdid: “Sazişə razı olmasanız, təcrid ediləcəksiniz”

2020-01-29 13:58:00

Trampın kürəkənindən fələstinlilərə təhdid: “Sazişə razı olmasanız, təcrid ediləcəksiniz”

ABŞ dövlət katibi Maykl Pompeo fələstinlilərin prezident Donald Trampın Yaxın Şərq üzrə planını əvvəl-axır dəstəkləyəcəklərini bildirib.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, jurnalist Ben Şapiro ilə söhbətində danışıb. Müsahibənin stenoqramı Dövlət Departamentini saytında yerləşdirilib.

“Yekun nəticədə onlar indiki hallarından daha yaxşı şərtlərlə yaşamağı istəyib-istəmədiklərinə qərar verməlidirlər. İndi onlara belə bir imkan verilib. Mən əminəm ki, Fələstin xalqı yaxın aylarda özləri üçün ən xeyirlisinin nə olduğunu anlayacaq/ Bunun üçün biz onlara 4 il vaxt veririk”,-deyə o qeyd edib.

Planın əsas müəlliflərindən sayılan, Donald Trampın müşaviri və kürəkəni Cared Kuşner isə sazişdə fələstinlilərin də istəklərinin yer alacağını vurğulayıb.

C. Kuşner yeni müqavilənin ərəblər üçün üstünlüklərindən bəhs edərək, bölgəyə 50 milyard dollarlıq sərmayə qoyulacağını, bunun da fələstinlilər üçün milyondan çox iş yeri açmağa imkan verəcəyini söyləyib.

Kürəkən-müşavir Fələstin liderlərini üstüörtülü təhdid etməyi də unutmayıb.

“Onlar həmişə və hər yerdə qurban olduqları barədə aləmə car çəkirlər. Bu vaxta qədər işləri yağ kimi gedib, hamısı korruspsiyanın içində batıb və verilən vəsaitlər heç də məqsədəuyğun xərclənməyib. Liderlərə nə var ki, onların ailələləri onsuz da varlıdır. Lakin fələstinlilər haqqında eyni sözləri söyləmək mümkün deyil”,- deyə Cared Kuşner vurğulayıb.

Prezidentin müşavirinin iddiasına görə, 5 milyon fələstinli olduqca pis rəhbərlik nəticəsində dalanda qalıblar. “Biz onların liderlərinə istifadə edəcəkləri və ya etməyəcəkləri fürsətləri təqdim edirik. Artıq İsrail planla raızlaşıb, bu, onları beynəlxalq izolyasiyadan qurtaracaq, lakin Fələstin rəhbərliyinə təzyiq isə gündən-günə artacaq”,-deyə sonda Cared Kuşner söyləyib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93