TÜRK ALİMLƏR CİHAZ HAZIRLADI – Koronavirusu 15 saniyə içərisində məhv edir

3 Aprel, 2020, 15:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Maltəpə Universitetinin kvant araşdırmaları üzrə mütəxəssisi professor Afif Sıddıllı və köməkçiləri mühüm bir layihəyə imza atıblar.

Alimlər ultrabənövşəyi şüaların köməyi ilə Kovid-19 virusunu 15 saniyə ərzində öldürən üç ayrı cihaz hazırlayıblar. İstehsal edilən ilk cihazlardan tibb işçiləri üçün istifadə edilməsi nəzərdə tutulur. Cihaz ən ağır virusları öldürə bilər.

Türk bilim insanları koronavirüsü 15 saniyede öldüren cihaz tasarladı

Ultrabənövşəyi şüalarla çalışan cihazların ilkin sınaqları uğurla nəticələnib. Bunlar – əl cihazı, dezinfeksiya qapısı və dezinfeksiya kabinetləri olmaqla üç ayrı qurğudur. Əl cihazının 75 saniyədən, kabinələr isə 15 saniyədən qısa bir müddət ərzində mühitdəki virusları ən aşağı səviyyəyə endirmək imkanına malik olduğu bildirilir.

Türk bilimadamları koronavirüsü 15 saniyede öldüren cihaz tasarladı

Professor Afif Sıddıki əsas məqsədlərinin səhiyyə işçilərinin məruz qaldıqları yüksək virus yükündən qurtulmaq olduğunu, lakin bundan sonrakı mərhələlərdə, reanimasiyalarda, karantin otaqlarında və xəstəxana girişlərində də istifadə edilə biləcək bənzər cihazlar istiehsal edə biləcəklərini bildirib. Professor bu yolla bütün məkanların, nəqliyyat vasitələrinin virusdan təmizlənə biləcəyini və insanların virusla təmaslarının ortadan qaldırılacağını açıqlayıb.

Hurriyyet.org

Türk bilim adamları tasarladı! Koronavirüsü 15 saniyede öldürüyor


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93