Salam, xoş gəlmisiniz.

TÜRKİYƏ DÖVLƏTİ YAŞLILARA QAYĞINI ARTIRIR - Bələdiyyə işçiləri, polis və daxili qoşunların əməkdaşları yaşlıların ehtiyaclarını qarşılayır

2020-03-25 13:45:00

TÜRKİYƏ DÖVLƏTİ YAŞLILARA QAYĞINI ARTIRIR - Bələdiyyə işçiləri, polis və daxili qoşunların əməkdaşları yaşlıların ehtiyaclarını qarşılayır

Koronavirus tədbirləri çərçivəsində küçəyə çıxması qadağan edilən 65 yaşından yuxarı olanlarla kimsəsiz yaşlı və xroniki xəstəliyi olan şəxslərin ehtiyacları bələdiyyə işçiləri, polis və daxili qoşunların əməkdaşları tərəfindən qarşılanır.

Hurriyyet.org xəbər verir ki, xəstəliyə yoluxma riski yüksək olan 65 yaşından yuxarı və xroniki xəstəliyi olan vətəndaşlara Daxili İşlər Nazirliyi tərəfindən sağlamlıqları üçün küçəyə çıxmaları qadağan edildikdən sonra onların ehtiyacları icra hakimiyyətləri daxilində yaradılan Vəfa Sosial Dəstək Qrupunun koordinasiyasında polis, daxili qoşunların əməkdaşları və bələdiyyə işçiləri tərəfindən qarşılanır.

Türkiyədə bu günə qədər ümumilikdə 27969 test edilib, 1872 yoluxma faktı qeydə alınıb, 44 vətəndaşımız həyatını itirib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93