“Turizm mərkəzlərində xidmətlərin qiymətləri aşağı salınmalıdır” – MİLLƏT VƏKİLİ

1

Pandemiya dövründə zərərdəymiş sahələrdən biri də turizm sahəsidir.

Turizm sektoru və ona xidmət edən sahələrin qapadılması iqtisadiyyatın bu sahəsini iflic vəziyyətinə gətirib çıxarıb. Milli Məclisin deputatı Azər Badamov, pandemiyanın təsiri ilə bu sektorun fəaliyyətinin dayanması ilə bu illər ərzində yaranmış potensialının fəaliyyətinin davamını təhlükə aldığını qeyd edir. O, Hürriyyet.org-a açıqlamasında, turizm sektorunun fəaliyyətinin sıfıra endiyini bildirib:

“Qlobal pandemiyanın ən çox təsir göstərdiyi sahə turizm sektorudur. Ölkələr arası sərhədlərin bağlanması və ölkə daxili karantin tədbirlərin tətbiqi ölkəmizin turizm sektorunu iflic vəziyyətinə salmışdır. Əslində bu gün dünya turizm sektoru özünün ən çətin dövrünü yaşayır. Əgər qlobal pandemiyaya qədər olan dövürdə bu sektorda fəallığına diqqət yetirsək görərik ki, təkcə 2019-cu ildə ölkəmizə 3 milyona yaxın xarici turist səfər etmiş, 2 milyard dollar xarici valyuta bank kartları ilə xərcləmişdir. Bu illərdə ölkəmizdə turizm sektoru sürətlə inkişaf etmişdir. Müasir mehmanxanalar, istirahət mərkəzləri, restoran şəbəkəsi , kadr potensialı yaranmışdır. İlin əvvəlində bu sektordan gözləntilərimiz daha böyük idi . Amma çox təəssüf ki, hər şey əksinə baş verdi. Pandemiyanın təsiri ilə bu sektorun fəaliyyətinin dayanması bu illər ərzində yaranmış potensialının fəaliyyətinin davamını təhlükə altına almışdır. Sərhədlər bağlandı,insanların ölkələrarası və daxili hərəkəti məhdudlaşdırıldı. Beləliklə turizm sektorun fəaliyyəti sıfıra endi. İndi isə dünyada ölkələr arası sərhədlər açılmaqdadır və yenidən turizmin dirçəldilməsi istiqamətində işlər görülməkdədir”.
Millət vəkili, birinci növbədə turizm sektoruna dövlət dəstəyinin lazım olduğunu deyib. O, eyni zamanda turizm mərkəzlərində xidmətlərin qiymətləri aşağı salınması olduğunu açıqlamasında bildirb:
“Cənab prezidentin ÜTT-nin rəhbəri ilə videogörüşündə müzakirə olunan əsas məsələ də postpandemiya dövründə yenidən turizmin inkişaf etdirilməsi ilə bağlı olmuşur. ÜTT-nın rəhbəri videogörüşdə postpandemiya dövründə turizm sektorunun inkişaf etdirilməsində təcrübə qazanmış ölkələrin təcrübəsini Azərbaycanla bölüşəcəyini bildirdi. Bu bizə turizm sektorunda fəaliyyətin bərpasına böyük dəstək olacaqdır. Amma bununla yanaşı xarici turizmin nə vaxt bərpa olunacağı bilinmədiyindən daxili turizmin yenidən bərpasına addımların atılmasına ehtiyac olduğunu düşünürəm. Bunun üçün birinci növbədə turizm sektoruna dövlət dəstəyi davam etdirilməlidir. İkincisi isə bu sektorda qiymət siyasətinə yenidən baxılmalıdır. Biz bilirik ki, pandemiya insanların iqtiisadi vəziyyətinə də mənfi təsir göstərmişdir. Ona görə də turizm mərkəzlərində xidmətlərin qiymətləri aşağı salınmalıdır ki, bu sektordan yaralanmasına hamının əlçatanlığı təmin olunsun. Yeni turizm marşurutları istifadəyə verilməli, insanların daxili turizmə marağı artırılmalıdır. Təbii ki, bu gün karantin tədbirləri buna imkan vermədiyindən bu mümkün deyil. Amma biz nəzərə almalıyıq ki, hansı ölkə postpandemiya dövrünə tez qədəm qoyarsa və tez bir zamanda turizmin dirçəldilməsinə başlayarsa o ölkələr qabaqda olacaqdır. Biz də bütün bunları nəzərə alaraq öndə olmağa çalışmalıyıq. Yeni qaydalar və tələblərlə bu sektorun fəallığını hissə-hissə bərpa etməliyik”.