Salam, xoş gəlmisiniz.

Türk diplomatı şəhid edən namərdin kimliyi BƏLLİ OLDU

2019-07-19 13:35:11

Türk diplomatı şəhid edən namərdin kimliyi BƏLLİ OLDU

Hurriyyet.org xəbər verir ki, İraqın Ərbil şəhərinin polis idarəsi türk diplomat Osman Kösenin şəhid olduğu terror hücumunu həyata keçirənlərdən birinin Türkiyənin Diyarbakır vilayətində qeydiyyatda olan Mazlum Dağ (27 yaş) olduğunu və axtarışda olduğunu bildirib. PKK terrorçusunun şəkli paylaşılıb.

Restoranda nahar zamanı həyata keçirilən xain terror hücumu nəticəsində Türkiyənin Ərbil konsulluğunun əməkdaşı olan Osman Köse və 2 nəfər İraq vətəndaşı həlak olmuşdular.

Ərbilin polis idarəsinin açıqlamasında deyilir: “İyulun 17-də 3 nəfərin həlak olması ilə nəticələnən terror hadisəsi ilə bağlı istintaqımız davam edir. Aşağıda fotosu paylaşılan şəxsin adı Mazlum Dağdır, 1992-ci ildə Diyarbakırda dünyaya gəlib. Təqsirləndirilən şəxslə bağlı məlumatı olan vətəndaşlardan mümkün qədər tez bir zamanda polis idarəsinə məlumat verməyi xahiş edirik”.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru