Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – ŞOK SƏBƏB

16 Sentyabr, 2019, 9:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Türkiyənin kənd təsərrüfatı naziri Bəkir Pakdəmirlinin idarə etdiyi təyyarədə nasist Almaniyasının bayrağının olması ciddi müzakirələrə səbəb olub.

Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, nazir Pakdəmirli təyyarəni Əskişəhərdə “ Sivirhisar hava nümayişi 2019” mülki aviasiya tədbiri zamanə havaya qaldırıb.

Nazir” Ferokious Frankie” adlı P-51D mustanq model xüsusi təyyarəni idarə edib.

Amma təyyarədə 8 nasist bayrağının və simvollarının olması diqqəti çəkib.

Hadisənin böyük hay-küyə səbəb olacağını görən Aviasiya Mərkəzi Klubunun rəhbəri İsmət Erol məsələyə maraqlı formada açıqlama gətirib: “Bu təyyarə İngiltərənin sifarişi ilə ABŞ-da 12 ay müddətinə hazırlanıb. İkinci Dünya Müharibəsi zamanı 8 nasist təyyarəsini məhv edib.

İngiltərə Kral Ailəsi tərəfindən verilən qərara əsasən Frankie məhv etdiyi təyyarələrə aid bayraqları öz üzərinə vurub. Təyyarədə nasist bayraq və simvollarının olması bununla bağlıdır”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93