Türkiyə qüvvələri İraqın şimalında terrorçulara qarşı əməliyyat apardı

0

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi havadan aparılan əməliyyat nəticəsində İraqın şimalında 3 nəfər terrorçunun zərərsizləşdirildiyini bildirib.

Nazirliyin açıqlamasında deyilir: “İraqın şimalındakı Avaşin-Basyan bölgəsində kəşfiyyat və nəzarət vasitələri ilə aşkar edilən 3 nəfər PKK terrorçusu havadan aparılan əməliyyatla zərərsizləşdirilib”.

Hurriyyet.org