Türkiyə uyğur türkləri ilə bağlı BMT-yə çağırış etdi

16

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Çinin Sincan Uyğur Muxtar Vilayətində insan hüquqları ilə bağlı vəziyyətin narahatlıq doğurduğunu bildirərək, BMT-ni hərəkətə keçməyə çağırıb.

XİN-in yazılı açıqlamasında deyilir: “Bu məsələ ilə bağlı BMT-nin İrqi Ayrı-Seçkiliyin Ortadan Qaldırılması Komitəsinin 2018-ci ilin avqust ayında Çinə 8 tövsiyə elədiyini xatırlatmaq istəyirik. Komitənin açıqlamasında bəyan elədiyi narahatlıq və tövsiyələr bu gün də keçərlidir və bu məsələ ilə bağlı addımlar atılmalıdır”.

Açıqlamada deyilir: “Uyğur türkləri ilə etnik, dini və mədəni bağları olan bir ölkə olaraq, son zamanlarda ictimaiyyətə açıqlanan hesabat və xəbərlərdə Sincandakı Uyğur türkləri və digər müsəlman azlıqların insani hüquqlarının pozulması bizi xüsusilə narahat edir”.

Türkiyənin bu məsələni BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi müxtəlif beynəlxalq platformalarda müşahidə edəcəyi və Çin ilə ikitərəfli şəkildə birbaşa və qurucu konstruktiv dialoqa davam edəcəyi xatırlanan açıqlamada bildirilir: “Son olaraq, BMT İnsan Hüquqları Ali komissarının Sincana məqsədli, genişmiqyaslı və məhdudiyyətsiz səfər eləməsi və Çinin bu məsələdə şəffaf davranması istiqamətindəki gözləmə mövqeyimizi mühafizə etməkdəyik”.