Türkiyədə DƏHŞƏT – Futbolçu oğlunu boğub öldürdü

6 May, 2020, 16:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Türkiyənin “Hacettepe” klubunun sabiq futbolçusu Cevher Toktaş 5 yaşlı oğlunu öldürüb.

Hurriyyet.org apasport.az-a istinadən xəbər verir ki, 33 yaşlı sabiq oyunçu hadisədən 11 gün sonra törətdiyi cinayəti etiraf edib.

O, Bursada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kasımı aprelin 23-də qətlə yetirib. Cinayətkar oğlunun başına yastıq basaraq boğub.

2008/09 mövsümündə “Hacettepe”nin heyətində Super Liqa həyəcanı yaşayan, karyerasının böyük hissəsi həvəskar regional komanda olan “Yıldırımspor”da keçən Toktaş cinayətin səbəbi kimi oğlunu sevmədiyini, əsəb keçirməsi ilə izah edib. Onun etirafından sonra hadisəylə bağlı cinayət işi açılıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93