Türkiyədə dəhşətli qəza: 3 azərbaycanlı yanaraq öldü

4

Türkiyədə avtomobil qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Trabzonun Of qəsəbəsində baş verib.

Çay plantasiyasında çalışan Azərbaycan əsilli işçilərin olduğu avtomobil elektrik dirəyinə çırpılıb. Azərbaycan əsilli Fariş Farişovun idarə etdiyi 61 MA 0611 dövlət nömə nişanlı avtomobil daha sonra yanmağa başlayıb. Qəza nəticəsində sürücü ağır yaralanıb, avtomobildə olan Azərbaycan əsilli 3 işçi isə yanaraq həyatlarını itirib