Türkiyədə daha 24 nəfər koronavirusdan ÖLÜB

0

Son 24 saatda Türkiyədə daha 931 nəfər koronavirusdan sağalıb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan sağalanların ümumi sayı 130 852 nəfərə çatıb.

Son bir gündə daha 24 nəfər koronavirusdan ölüb. Beləliklə, pandemiya qurbanlarının ümumi sayı 4 609 nəfərə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə təhlükəli virusa 867 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların sayı 166 422 nəfərə çatıb. \\Redaktor