Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

0

Türkiyədə son 24 saatda 1003 nəfərdə koronavirus aşkarlanıb, 23 nəfər virusdan dünyasını dəyişib.

Bununla da ölkədə Covid-19 xəstələrinin sayı 210 min 965-ə, ölənlərin sayı isə 5323-ə çatıb. Son sutka ərzində 1493 xəstə sağalaraq evə buraxılıb.

Ümumilikdə 191 min 883 nəfər virusa qalib gəlib. \\Qafqazinfo