Türkiyədə terrorçular ərzaq yardımı paylayanlara hücum etdi: 2 ÖLÜ, 1 YARALI

14 May, 2020, 17:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

PKK terrorçularının Türkiyənin Van əyalətinin Özalp rayonunda “Vəfa” Sosial Yardım Qrupunun əməkdaşlarına hücumu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Türkiyənin NTV telekanalı xəbər verir ki, hadisə rayonun Eğribelen məhəlləsində ərzaq yardımı paylanarkən baş verib.

Məlumata görə, bələdiyyənin 2 məsul işçisi və 1 mülki vətəndaşın olduğu avtomobil başqa bir maşından uzun çaplı silahdan atəşə tutulub. Nəticədə 2 nəfər ölüb. Onlardan biri bələdiyyə işçisi, digəri isə mülki şəxsdir.

Yaralanan bələdiyyə işçisi isə xəstəxanaya yerləşdirilib./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93