Türkiyəni masadan uzaqlaşdırmaq istəyənlərin arzusu gözündə qalacaq

10

Ermənistan və havadarları Türkiyəni Qarabağla bağlı proseslərdən kənarlaşdırmaq üçün hərəkətə keçiblər; Azərbaycan Prezidentindən Türkiyə ilə bağlı iddialara nidalı cavab, məsələ bitmiş sayıla bilər; politoloq: “Türkiyəni masadan uzaqlaşdırmaq təşəbbüsləri, sadəcə, mümkün deyil”

Azərbaycan Ordusu torpaqlarımızın azad olunması istiqamətində uğurlu döyüş əməliyyatlarını davam etdirdikcə, işğalçı Ermənistandan Türkiyəni ittiham edən bəyanatlar artır. Terrorçu ölkənin rəhbərliyi hesab edir ki, Türkiyəni bu proseslərdə neytrallaşdıra bilsə, geridönüşə nail ola bilər.  

Ancaq Türkiyə dövləti və böyük Türk xalqının ürəyi bu günlər Azərbaycan dövləti və xalqı ilə birgə döyünür və Qarabağ azad olunanadək yanımızda olacaqlarına zərrə qədər şübhə etmirik. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycanın erməni işğalında olan torpaqlarının tezliklə azad ediləcəyinə inandığını deyib. Türkiyənin dövlət başçısının “Fevralın 26-da ad günümü Xocalıda qeyd edəcəyəm”, sözləri hər birimizi duyğulandırır və qürurlandırır. Bu tarixi dönəmlərdə iki qardaş dövlətin sevinci də, kədəri də birdir.

Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev daim Türkiyənin müstəsna rolunu qeyd edir və qiymətləndirir. “Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində söyləyib. Dövlət başçısı bildirib ki, bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”.

Bu gün dünyadakı dostlarımız da, düşmənlərimiz də anlayır ki, Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır və bundan sonrakı proseslərdə də fəal rol alacaq. Xüsusilə Azərbaycan Prezidenti öz müsahibələrində Türkiyənin münaqişənin həllində fəal rol alacağını bəyan etdi, Türkiyənin masada olduğunu bildirdi.

İlham Əliyev: Azərbaycan xalqı onların düşməni deyil

Elə Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində də dövlət başçısı prinsipial mövqeyini təkrarladı.

Dövlətimizin başçısı daha sonra Ankara ilə Moskva arasındakı son təmasları xatırlatdı. “Bu gün cənab Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız. Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilməz. Bunu hər kəs anlamalıdır” Prezident bildirdi.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətlənərək yeni təxribatlar törətdiyini bəyan edib. Bildirib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır. Çavuşoğlu bildirib ki, Türkiyə Minsk Qrupunun təcili toplanması ilə bağlı təklif edib: “Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətlənərək yeni təxribatlar törədir. Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir”.

Ermənistan bu münaqişənin coğrafiyasını genişləndirmək istəyir" - Prezident

30 illik danışıqların heç bir nəticə vermədiyini Türkiyə prezidenti də növbəti dəfə bəyan edib. Hazırkı formatın heç bir nəticə verməyəcəyi artıq şübhə doğurmur. Odur ki. Ankaradan növbəti təklif gəlib.

Türkiyə Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə dördtərəfli danışıqlar aparmağı təklif edir. Virtualaz.org bildirir ki, bu barədə Türkiyə televiziyası məlumat yayıb. “Bir halda ki, Rusiya Ermənistanın tərəfindədir və biz də Türkiyə olaraq Azərbaycanı dəstəkləyirik, gəlin bu problemin həlli yolunu müzakirə etmək üçün dördümüz bir yerdə  görüşək”, – deyə Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın televiziyanın efirində bildirib.

“Minsk Qrupu 30 ildən çoxdur ki, bir həll yolu tapa bilmədiyi üçün yeni bir mexanizm tapmağın vaxtı çatıb”, deyə o əlavə edib.

Mövlud Çavuşoğlu: "Türkiyə istənilən şəraitdə Azərbaycana dəstək verəcək" -  xeberler - BiG.AZ

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir gün qabaq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. Türkiyə XİN-in məlumatnda görə,  bildirilib ki, telefon danışığında Qarabağ ətrafındakı son proseslər müzakirə edilib. Nazirlər bu istiqamətdə apardıqları danışıqlar və görülən işlərlə bağlı bir-birilərini məlumatlandırıblar. Bundan əvvəl Türkiyə xarici işlər naziri bəyan etmişdi ki, beynəlxalq ictimaiyyət Qarabağda atəşkəsə çağırmaqla yanaşı Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə də çağırmalıdır. Əks halda, atəşkəs çağırışları səmimi görünməyəcək. Çavuşoğlu Türkiyənin Azərbaycana dəstəyini bir daha ifadə edib, həm sahədə (yəni döyüş meydanında), həm diplomatiyada Azərbaycanın yanında olacağını vurğulayıb.

Cənab Çavuşoğlu isveçli həmkarı Ann Kristin Linde ilə birgə mətbuat konfransında da Ermənistanı və havadarlarını peşman edib. XİN başçısı deyib ki, “rəsmi Ankara istənilən şəraitdə həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək verəcək”. (Report.az) Türkiyə diplomatiyasının başçısı vurğulayıb ki, Cənubi Qafqazda atəşin dayandırılması çağırışları ilə yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni qoşunlarının çıxarılması tələblərini də səsləndirmək lazımdır. Mövlud Çavuşoğlu qeyd edib ki, yalnız bu halda beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına real cəhdləri haqqında danışmaq mümkün olacaq. Nazir BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə həll edilməmiş qərarlarını xatırladıb.

Gedişat göstərir ki, Bakı və Ankara bu proseslərdə bir yerdədir və iki qardaş dövlətin arasına girmək istəyənlər, onları ayırmağa çalışanlar uduzmağa məhkumdurlar.

Ermənişünas alimdən ilginc açıqlamalar: “Faşistlərə işləməkdə Paşinyanın  babası tək olmayıb”

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Rusiya Türkiyənin danışıqlar prosesinə girmək təşəbbüslərini əngəlləməyə davam edəcək: “Amma Moskva Türkiyəsiz burada heç bir barışın olmayacağını da anlayır. Rusiya Minsk Qrupunun üzvü olan Türkiyənin prosesdə iştirakını da bəri başdan əngəlləmək üçün tərəflərin razılığı bəhanəsini irəli sürür. Moskva təmas xəttinə əgər tərəflər razılaşarsa, özünün sülhməramlı qüvvələrini yerləşdirmək fürsətini əldə edib, bu da Rusiyanın çoxdankı arzusudur. O, hər hansı şəkildə Azərbaycanda hərbi varlığını bərpa etmək istəyir. Ancaq buna ən böyük maneənin məhz Türkiyə olduğunu anlayır. O da bəllidir ki, Ermənistan heç çür Türkiyənin bu proseslərə daxil olmasını istəməyəcək və Rusiyanın əlində hələlik bu bəhanə işini görür”.

Q.Çaxmaqlı dedi ki, Türkiyənin hətta Rusiyanın özü ilə belə, aparacağı danışıqların nəticə verəcəyini düşünmür: “İbrahim Kalının təklifinə gəldikdə, Rusiya, Azərbaycan, Türkiyə və Ermənistanın dördlü formatda iştirakını da əngəlləyəcək ölkə Rusiya olacaq. Rusiyanın təşəbbüsü ələ almasının qarşısını almaq və bizi gələcək təhlükələrdən qoruyacaq tək seçim müharibənin davam etdirilməsidir. Diplomatiya ilə bu işin çözümünün mümkün olmadığını hər kəs bilir. Artıq nə təmas xətti var, nə də status kvo. Hansı danışqlardan söhbət gedə bilər? Azərbaycan Ordusu hələ son sözünü deməyb”.

Politoloq qeyd etdi ki, Türkiyəni masadan uzaqlaşdırmaq təşəbbüsləri isə sadəcə mümkün deyil: “O, heç vaxt bu qədər məsələnin içində olmayıb. Rusiya açıq şəkildə Türkiyənin qarşısına çıxmaqdan çəkinir. Kalının təklifi də Rusiyanın burada tək söz sahibi olmayacağına işarədir”.

Ekspert qeyd etdi ki, Moskvada əldə olunmuş atəşkəsin uzunömürlü olmayacağı əvvəlcədən bəlli idi: “Ermənilər bölgəyə silah sövq etməkdə, güc toplamaqda davam edirlər. Atəşkəs əslində ermənilərin işinə yaradı və təmas xətti olmadığından və Ermənistanın atəşkəsi sürəkli pozmasından qaynaqlanan hərbi əməliyyatların davam edəcəyi şəksizdir. Rusiyanın məsələyə daxil olma və əməliyyatları durdurmaq təşəbbüsləri nəticə vermir”. Bütün bunları nəzərə alan politoloq Türkiyənin prosesdə müstəsna rol oynayacağını vurğuladı.

Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə  verib

Prezident İlham Əliyev Türkiyənin Azərbaycana hərbi yardım etməsindən əndişələnən qüvvələrə də cavab verdi. Sitat: “Bir də deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq?” Dövlət başçısı xatırlatdı ki, Rusiyanın Ermənistanda 5 min hərbçisi var, Türkiyə isə Azərbaycana hərbçi göndərməyib. Bildirdi ki, rus əsgərləri Türkiyə və İran sərhədlərini qoruyur, Türk ordusunun isə Azərbaycanda belə bir missiyası yoxdur. Prezident “elə etməsinlər ki, açaq sandığı, tökək pambığı” deyib birilərinə mesaj verdi. Əslində bu, Türkiyə-Azərbaycan hərbi birliyi ilə bağlı səslənən iddiaların qarşılığında NİDAlı mövqe idi və məsələ bitmiş sayıla bilər.

Beləcə, Bakı və Ankara sözünü dedi. Türkiyəni masadan uzaqlaşdırmaq istəyənlərin arzusu gözündə qalacaq. Zəruri bir qeydi də əlavə edək: Türkiyənin Qarabağla bağlı prosesdə iştirakı təkcə Azərbaycan ərazilərinin işğaldan azad olunması baxımından zəruri sayılmır. Terrorçu Ermənistan terror qruplaşmalarını öz ərazilərində və Azərbaycan torpaqlarında yerləşdirir ki, bu da bütövlükdə bölgə ölkələrinin təhlükəsizliyini təhdid edir. Türkiyənin İraq, Suriyada və digər ölkələrdə sıxışdırdığı terror qruplaşmaları Cənubi Qafqaz bölgəsinə axışır ki, bu da Ermənistanın və havadarlarının planı əsasında baş verir. Odur ki, təkcə Türkiyə deyil, terrorun məhvinə çalışan hər bir dövlət bu prosesdə iştirak etməli, Azərbaycanın haqq işinə dəstək verməli, terroru dəstəkləyən Ermənistanı yerində oturtmalıdır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”