Salam, xoş gəlmisiniz.

Türkiyə Qafqaz Turizm Sərgisinə xüsusi hazırlaşıb

2017-04-27 11:07:49

Türkiyə Qafqaz Turizm Sərgisinə xüsusi hazırlaşıb

Gürcüstanda Türkiyənin milli mədəniyyət və incəsənət nümunələri sərgilənəcək

Gürcüstanda keçirilən sərgidə Türkiyə adından milli mədəniyyət və incəsənət nümunələri geniş şəkildə təqdim ediləcək.  Aprelin 27-dən 29-dək Gürcüstanda 19-cu Qafqaz Turizm Sərgisi (Ekspo Georgia 2017) keçiriləcək. İştirakçı ölkələrdən olan Türkiyə sərgiyə mühüm yeniliklərlə gəlir.

Sərginin Türkiyə üzrə təşkilatıçısı, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyindən Hurriyyet.org-a verilən məlumata görə,  Türkiyə qonşu Gürcüstanda öz turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə milli mədəniyyət və incəsənətindən nümunələr təqdim edəcək.

Sərgidə Türkiyə stendini ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq ediləcək. Eyni zamanda, ziyarətçilər təsbeh (https://www.youtube.com/watch?v=nASMzK90acg), ebru (https://www.youtube.com/watch?v=jcACj5CEaMw ), çini (dulusçuluq) (https://www.youtube.com/watch?v=LSYogTm3nic ), ipək toxuma (https://www.youtube.com/watch?v=98CYfJnumrQ) ustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olacaqlar. Bunun üçün xüsusi olaraq ebru ustası Yılmaz Eneş, təsbeh ustası Hüseyn Çelik, çini ustası Zərifə Məmmədova, ipək toxuma ustası Sevgi Yüksel Uzunöz sərgiyə dəvət olunub.

Bundan başqa sərgi ərzində Türkiyənin məşhur musiqi sənətçiləri Müzəffər Özdemir (https://www.youtube.com/watch?v=X52tfpiIuKs ) və Birol Topaloğlunun (https://www.youtube.com/watch?v=ngM3AUNsUD4 ) ifasında hər gün canlı musiqi proqramları təqdim olunacaq. Həmçinin, Türkiyə ziyarətçilər arasında “Şans qutusu” lotereya oyunu keçirəcək. Sərginin sonuncu günündə baş tutacaq çəkilişdə qutudan adı çıxan 2 nəfərə Tiflis-İstanbul aviabileti hədiyyə olunacaq. Habelə, Türkiyə Hava Yollarının xüsusi qonağı kimi sərgidə iştirak edəcək məşhur kino və teatr aktyoru Mehmet Usta (https://www.youtube.com/watch?v=I6WmM5R4fFE ) Türkiyə stendində sevənləri ilə görüşəcək.

Qeyd edək ki, sərgi çərçivəsində Türkiyə ilə Gürcüstanın turizm təşkilatı və şirkətləri arasında işgüzar görüş keçirilməsi planlaşdırılıb.

Sevil, Hurriyyet.org

““ 

““ 

““ 

““ 

““ 

““ 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93