Türkiyə Liviyada iki hərbi baza qurmağı planlaşdırır

0

Hurriyyet.org xəbər verir ki, hərbi mənbələr Türkiyənin Liviyada iki daimi hərbi baza qurmağı planlaşdırdığını bildirirlər.

Liviya Milli Barışıq Hökuməti Türkiyəyə Əl Vatiyyə bazasını vermək məsələsini nəzərdən keçirir. Ankara burada hava hücumundan müdafiə sistemlərini və hərbi dronları yerləşdirməyi planlaşdırır.

İkinci baza isə Misrata limanında yaradıla bilər. Burada Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin yerləşdiriləcəyi nəzərdə tutulur.

Türkiyənin Liviyanın xüsusi iqtisadi zonasındakı dəniz yataqlarından neft çıxaracaq şirkətlərinə ortaq ola biləcəyi, Türkiyənin hərbi gəmilərinin varlığının qazma işlərinin təhlükəsizliyinin təminatı üçün zəruri olduğu bildirilir.

Həmçinin, Yunanıstanla münasibətlərin pisləşməsi ilə əlaqədar olaraq, Türkiyə öz Hərbi Dəniz Qüvvələrinin bu regionda olmasını məqsədəuyğun hesab edir.

Hurriyyet.org