Salam, xoş gəlmisiniz.

Türkiyə Rusiyadan 4 divizion “S-400” kompleksi alacaq - 2,5 MİLYARD DOLLARA

2017-12-27 13:25:35

Türkiyə Rusiyadan 4 divizion “S-400” kompleksi alacaq - 2,5 MİLYARD DOLLARA

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion "S-400" zenit-raket kompleksi əldə edib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, "Rostex"in baş direktoru Sergey Çemezov "Kommersant"a verdiyi müsahibədə bildirib ki, Rusiya və Türkiyə "S-400"-lərin alınması üçün Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: "Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizi isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından tədarük etməyə başlayacağıq", - deyə o bildirib.

Xatırladaq ki, Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb. NATO bu sazişin əleyhinə çıxsa da, rəsmi Ankara bəyan edib ki, onun Alyans üçün heç bir təhlükəsi yoxdur. Üstəlik onu da vurğulayıblar ki, bu sazişə ona görə gediblər ki, həmin sistemləri NATO-dan əldə edə bilməyiblər.

Kremldə isə bəyan ediblər ki, "heç kimin hərbi-texniki əməkdaşlıq üçün Rusiya və Türkiyəni tənqid etmək haqqı yoxdur".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93