Türkiyədə antiterror ƏMƏLİYYATI – 19 İŞİD-çi saxlanıldı

12 İyun, 2019, 8:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Adana, Mersin və Tekirdağda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Hurriyyet.org xəbər verir ki, əməliyyat nəticəsində terror təşkilatının 19 üzvünün saxlanıldığı bildirilir.

Məlumata görə, saxlanılanlar hamısı Türkiyə vətəndaşlarıdır. Onların Türkiyənin ayrı-ayrı hissələrində terror aktları planlaşdırdıqları məlum olub.

Antiterror əməliyyatı ilə bağlı başqa detallar açıqlanmayıb.

Daha öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan etmişdi ki, son vaxtlar İŞİD terror təşkilatının Türkiyə ərazisində fəallaşdığı hiss olunur ki, bununla əlaqədar təhlükəsizlik tədbiləri gücləndirilib./Trend/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93