Türkiyədə azərbaycanlı qadınların kütləvi şəkildə saxlanılması xəbərinə – RƏSMİ AÇIQLAMA – VİDEO

17 Sentyabr, 2019, 20:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Türkiyənin İstanbul şəhərinin müxtəlif rayonlarında kompakt məskunlaşmış azərbaycanlılarla bağlı problem yaşanıb.
Soydaşlarımızdan bir qrup qadın kütləvi şəkildə müxtəlif vaxtlarda saxlanılaraq polis idarələrinə aparılıb.
Saxlanılanlardan bəziləri isə deportasiya olunub. Mövcud durumla bağlı ötən gün İstanbulun Başakşehir rayonunda aksiya da keçirilib.
Redaksiyamıza olunan çoxsaylı müraciətləri nəzərə alaraq problemin nədən ibarət olmasını araşdırdıq.
Azərbaycanlıların hansı məqsədlə saxlanılması və deportasiya olunması ilə bağlı Xarici İşlər nazirliyinə sorğu göndərdik. Nazirlikdən verilən məlumatda bəzi azərbaycanlıların deportasiyası məlumatı öz təsdiqini tapdı: "Əslində orda söhbət Türkiyə ərazisinə pasportla qanuni daxil olsa da, oturum icazəsi ala bilməyən vətəndaşlardan gedir. Faktiki olaraq qeyri-qanuni çalışan vətəndaşlarla bağlı problem yaşanıb. Bu səbəbdən onlar saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazidə konkret olaraq 6-7 nəfər həmyerlimiz oturum icazəsi olmadığı üçün polis tərəfindən saxlanılıb. Bu da Türkiyə tərəfinin verdiyi qərardır".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93