Türkiyədə hərbi zavodda partlayış baş verdi – YARALANANLAR VAR

147

Hurriyyet.org xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir “Roketsan” hərbi zavodunda baş vermiş partlayış nəticəsində insan itkisinin olmadığını, 3 nəfərin yüngül yaralandığını bildirib.

Ankara valiliyi partlayışın Elmadağ rayonunda yerləşən yanacaq anbarlarında baş verdiyini açıqlayıb. Türkiyə vaxtı ilə saat 14.00 radələrində baş vermiş partlayış zamanı fabrikdən duman yüksəlib, partlayış ətraf ərazilərdə də hiss edilib.

Hurriyyet.org