Salam, xoş gəlmisiniz.

Türkiyədə koronavirusa yoluxanların sayı 2433 nəfərə çatdı - Nazir: “İndiyə qədər 59 xəstə itirmişik”

2020-03-26 11:23:00

Türkiyədə koronavirusa yoluxanların sayı 2433 nəfərə çatdı - Nazir: “İndiyə qədər 59 xəstə itirmişik”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca sosial media hesabındakı açıqlamasında koronavirus epidemiyası ilə bağlı məlumatları paylaşıb. Nazir Kovid-19 virusunun 59 insanın ölümünə səbəb olduğunu və xəstələrin sayının 2433 nəfərə çatdığını bildirib. O, yeni tipli koronavirus üzündən son sutka ərzində 15 nəfərin vəfat etdiyini bildirib.

Fəxrəddin Koca “Tvitter” səhifəsindəki açıqlamasında bildirib: “Son 24 saatda 5 min 35 testin nəticəsi bəlli olub. 561 nəfərə diaqnoz qoyulub. 15 xəstəmiz həyatını itirib. İndiyə qədər 59 nəfər xəstə itirmişik. Ümumilikdə xəstələrimizin sayı 2 min 433 nəfərdir. Rəqəmlər ürək ağrısını, narahatlığı ifadə edə bilməz. Sıfır risklə yaşamağa çalışaq. Bizi həyata tədbirli olmaq bağlayar”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93