Türkiyədə koronavirusa yoluxanların sayı ON MİNİ ÖTDÜ

30 Mart, 2020, 20:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Türkiyədə koronavirusa yoluxma hallarının sayı bir gün ərzində 1,6 min artaraq, 10 827-ə çatıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib.

"Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 pasiyent itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 pasiyent sağaldı, 725 nəfər reanimasiyadadır", – Koca “Twitter”də yazıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, artıq dünyada koronavirusa 634 mindən çox yoluxma qeydə alınıb, dünyada demək olar ki, 30 min insan koronavirusun qurbanı olub. \\Report


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93