Türkiyədə yenidən zəlzələ oldu

    6

    Türkiyənin Van vilayətində güclü zəlzələ olub.

    Hurriyyet.org xəbər verir ki, yeraltı təkanlar 4.8 bal gücündə qeydə alınıb. Saat 08:44-də baş verən zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.

    Qeyd edək ki, bu gün paytaxt Ankarada da 3,8 bal gücündə zəlzələ olub./azvision.az/