Salam, xoş gəlmisiniz.

Türkiyədə yürüş keçirildi - TERRORA QARŞI

2019-09-13 11:21:53

Türkiyədə yürüş keçirildi - TERRORA QARŞI

Türkiyənin Mardin şəhərində terrora qarşı və övladları PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan analara dəstək məqsədilə yürüş keçirilib.

Hurriyyet.org yerli KİV-ə istinadən xəbər verir ki, Mardinin mərkəzi Artuklu rayonunda yerləşən “15 iyul - Demokratiya və Şəhidlər” parkında toplaşan vətəndaşlar əllərində Türkiyə bayraqları ilə şəhərin Ravza prospekti boyunca yürüş ediblər.

Tədbirdə terror təşkilatlarına, o cümlədən PKK-ya qarşı şüarlar səsləndirilib. İştirakçılar ölkəni bölmək və parçalamaq istəyənlərə qarşı hər zaman bir yerdə olacaqlarını bildiriblər.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru