Türkiyənin müdafiə naziri: “Terrorçuların 700-dən artıq hədəfi məhv edildi”

1

Hurriyyet.org xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti ötən gecə boyunca İraqın şimalında keçirilən Pələng pəncəsi əməliyyatını sərhəddə yerləşən əməliyyat mərkəzindən izləyib. Hulusi Akar əməliyyatla bağlı mətbuata açıqlamasında deyib: “Qüvvələrimiz terrorçuların yuvalarına, mağaralarına daxil olublar. Əməliyyat başlanandan indiyə qədər 150-yə yaxın mağara, çox sayda silah-sursat ələ keçirilib, 160-dan artıq əldəqayırma partlayıcı məhv edilib, 700-dən artıq hədəf vurulub”.

Hurriyyet.org