Salam, xoş gəlmisiniz.

Türkiyənin daxili işlər naziri: “CİDDİ BİR TƏHDİDLƏ SAVAŞIRIQ!”

2019-05-17 12:40:33

Türkiyənin daxili işlər naziri: “CİDDİ BİR TƏHDİDLƏ SAVAŞIRIQ!”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu xüsusilə də son 10 gün ərzində çox ciddi bir təhdidlə mübarizə apardıqlarını, lakin bu təhdidin nədən ibarət olduğunu hazırda açıqlamayacağını bildirib. O, TBMM-də baş vermiş hadisədən bəhs edərək deyir: “Qarışıqlıq düşür və bombaya bənzədilmiş qurğu görünür. Yəqindir ki, bir terror planlaşdıra bilərlər və partlayış törətdikləri zaman da bu qurğunu bomba kimi təqdim edə bilərlər. Bu cür terror təşkilatları belə hadisələr vasitəsilə zaman qazanmağa çalışırlar.Türkiyə ilə bağlı ciddi bir təhdidlə üz-üzəyik. Xeyli irəliləmişik. Ciddi bir təhdid. Son dövrlərlə, ətrafımızdakı coğrafiya ilə bağlı bir təhdid. Ona görə də, hamı həyacan vəziyyətindədir. İstanbulda, Ankarada, hər tərəfdə. Bütün Türkiyədəki yoldaşlarım ciddi bir həyacan vəziyyətindədirlər”.

Xatırladaq ki, DHKP-C adlı sol təşkilatın üzvü olan 2 nəfər terrorçu - Eylem Yücel ilə Mulla Zincir 14 may tarixində Türkiyə Böyük Millət Mərkəzinin girişində qarışıqlıq yaratmaq istəyərkən yaxalanmışdılar.

Eylem Yücelin çantasında da “bomba qurğusuna bənzəyən lentlənmiş məftilli qara bir qutu da tapılıb. Lakin yoxlama nəticəsində qurğunun içərisinin boş olduğu bəlli olub.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru