Salam, xoş gəlmisiniz.

Türkiyənin “Təhsil və məsləhət” Şirkətinin rəhbəri ADPU-da olub

2018-10-04 13:32:50

Türkiyənin “Təhsil və məsləhət” Şirkətinin rəhbəri ADPU-da olub

Orta məktəb müəllimlərinin bilik və bacarıqlarının artırılması sahəsində tanınmış ekspert, Türkiyə Respublikasının “Təhsil və məsləhət” Şirkətinin rəhbəri Erdem Söylemez oktyabrın 2-3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən Hurriyyet.org-a verilən məlumata əsasən, Erdem Söylemez oktyabrın 2-də ADPU-nun II nömrəli tədris binasında “XXI əsr şagirdinin təhsilində müəllimin rolu” mövzusunda mühazirə ilə çıxış edib. Tədbirdə ADPU-nun Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent İsrayıl İsgəndərov, şöbənin əməkdaşları, müəllimlər, magistrantlar və təkrar ali təhsil alan tələbələr iştirak ediblər.

Erdem Söylemez “XXI əsrin müəllimi necə olmalıdır? Tələbələrlə münasibətdə nələrə diqqət yetirməlidir?” və s. bu kimi önəmli mövzularda çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Oktyabrın 3-də isə ADPU-nun rektoru, professor Cəfər Cəfərov Erdem Söylemez və Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin rəhbəri Rəqsanə Məmmədova ilə görüşüb. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə,Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent İsrayıl İsgəndərov iştirak ediblər.

Görüşdə müasir dövrdə Azərbaycan müəllimlərinin üzərinə düşən vəzifələr, ADPU-nun müəllim hazırlığı sahəsində həyata keçirdiyi işlər, bu sahədə qazandığı uğurlar və gələcək planları müzakirə edilib.

Görüşdə həmçinin Türkiyənin “Təhsil və məsləhət” Şirkəti, Azərbaycan İngilis Dili Müəllimləri Birliyi və ADPU arasında əməkdaşlıq perspektivləri, ADPU-nun professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması imkanları müzakirə edilib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru