Salam, xoş gəlmisiniz.

“Türkiyəyə hər cür yardım göstərməyə hazırıq” - Azərbaycan XİN

2020-01-25 12:04:00

“Türkiyəyə hər cür yardım göstərməyə hazırıq” - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib. 

Hurriyyet.org-un məlumatına görə, başsağlığında deyilir: 

"Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır", XİN-dən bildirilib.

Xatırladaq ki, Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93