“Türkiyəyə qarşı sanksiyalar qoyulmalıdır” - POMPEO

“Türkiyəyə qarşı sanksiyalar qoyulmalıdır” - POMPEO

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Türkiyəyə S-400 raketlərini təslim eləməyə başladıqdan sonra ABŞ-dan qalmaqallı bir açıqlama səsləndirilib.

ABŞ xarici işlər naziri Mayk Pompeo ABŞ qanunlarına görə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsinin lazım olduğunu bildirib. “Vaşinqton Post” “D.Trampın Türkiyəyə sanksiyalar məsələsində qarşıq siqnallar verdiyini” yazaraq Pompeonun sözlərindən sitat gətirib: “ABŞ qanunları belə vəziyyətdə sanksiya tətbiq eləməyi məcburi edir ki, biz də qanunlara əməl edəcəyik. Prezident Tramp da qanunlara riayət edəcəkdir”.

Hurriyyet.org