Ucarda nəhəng gürzə ilanı öldürülüb – FOTO

27 May, 2020, 13:27
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinləri Küdürü adlanan ərazidə nəhəng gürzə ilanı öldürüblər.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, ilanın uzunluğu təxminən 2 metr olub. Bildirilir ki,

Küdürüdə (quraq ərazi) gürzə ilanlarının bir neçə növü yaşayır. Sovetlər dönəmində bu ərazi ilantutanların sevimli məkanı olub. Hətta Yuxarı Şilyan kənd sakinlərinin bəziləri xidmət haqqı almaqla, gürzə ilanlarını ovlayırlarmış. Bu, gürzə ilanların saylarının kəskin artmasının qarşısını alırmış. Lakin sonradan ilançılıq sovxozlarının dağılması vəziyyəti dəyişib. Hazırda ərazidə ilanlarının sayının artdığı bildirilir.

Qeyd edək ki, gürzə ilanları əsasən, dovşan balaları və müxtəlif gəmiricilərlə qidalanır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93