Ucarda qəza baş verdi: 4 nəfər yaralandı – Foto

7

Ucarda yol qəzası baş verib.

VAZ-2107 markalı avtomobil VAZ-21099 markalı maşınla toqquşub. Nəticədə Göyçay rayon sakinləri – 1973-cü il təvəllüdlü Nəzakət Soltan qızı Hacıyeva, 1976-cı il təvəllüdlü Rahib Məcnun oğlu Süleymanov, 1997-ci il təvəllüdlü Elçin Rafiq oğlu Tanrıverdiyev və Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Anar Faiq oğlu Süleymanov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.  \\Axar