Salam, xoş gəlmisiniz.

UEFA Azərbaycanın daha 4 klubuna pul ayırdı

2018-12-13 17:23:58

UEFA Azərbaycanın daha 4 klubuna pul ayırdı

Azərbaycanı avrokuboklarda təmsil etmiş klubların hesabına UEFA tərəfindən pul köçürülüb.

Hurriyyet.org AFFA-ya istinadən xəbər verir ki, pul vəsaiti “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Keşlə”nin hesabına köçürülüb.

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna və 2018/19-cu il mövsümünün qaydalarına uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb:

UEFA Çempionlar Liqası:
Qarabağ - 1.140.000 avro

UEFA Avropa Liqası:
Keşlə - 240.000 avro
Neftçi - 240.000 avro
Qəbələ - 240.000 avro

Qeyd: UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Keşlə” (sabiq “İnter”) klubu üçün ayrılmış 25.010 avro vəsait 2017-ci ildə “İnter” Futbol Klubunun borcları AFFA tərəfindən ödənildiyi üçün AFFA-nın balansında saxlanılır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru